Bir gözəl, bir sevimli hökumət seçdi millət
O bəd, uğursuz günə Qarabağın getməsinə ayırmadı heç diqqət.
Kədəri dalğa-dalğa doldusa da ürəyə
Yalançı atəşkəslə qaçqın tökdü küçəyə
Nə şivən etdi millət
Ürəyində ağlayıb gülmək öyrətdi dövlət
Dözdürərək kasıblığın dərdinə, bəlasına
Xalqın boğazından kəsib yedirdi balasına
1 dövlət qurdular ki, Əliyevlər nəslinə
1 dövlət qurdular ki, dövlət deyirəm sənə
Milləti vardan salıb avropayla ötüşür
Neftindən qonşuların ürəyinə od düşür
1 sistem qurdular ki, başı vardır götü yox
Millət fikirləşir ki, oxumaqda yox 1 pox
Varlı köpəkuşağı təhsil almağa getdi
Kasıb yuxularında tez-tez Harvarda getdi
Nə zamankı dövlətdə referendum oldu
İlham mindi təpəmizə, bir daha enməz oldu
Milləti fikir aldı, millətin əsdi dizi
Onlar müqəssir etdi, başbilənlərimizi
Yenə dözdü onlar, yolmadı saçlarını
Səslədi qonşuları Türkiyə, Rusiya bacını
Yenə də azalmadı ölkədə vergi dərdi
Qonşular borc vermədi, qonşu təsəlli verdi
Millət bilsəydi əgər heç seçməzdi onu
Yox bunu çaşdım dedim, yenə seçərdik onu
Dövlət nədir etdiyin bəs bu haqq-say üçün
Millət, yığ veş-vüşünü, durun diyardan  köçün
Qaytar görmədiyimiz neftin pulların geri
Qaytar o dilindəki pafoslu  cümlələri
Qaytarsan o Boinqi yallı getməzsən daha
Qaytar, qaytar, bunları qaytar qoyma sabaha
Qaytar sökdüyün evlərin kompensasiyasını geri
Ölçmə bu millətin səbrini, əsəbini
Çıx get, insanları sövq etmə inqilaba!